Bakıda çimərlikdə FACİƏVİ HADİSƏ

17 İyul 2017 16:24

Bakıda çimərlikdə ölüm hadisəsi baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Türkan qəsəbəsindəki çimərlikdə 1978-ci il təvəllüdlü Arif Dadaşovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişincə o keçinib.

İlkin məlumata görə, A.Dadaşov ürək tutmasından vəfat edib.
 
Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində