Dövlət Dumasından Ermənistana TƏKLİF: "Rus dilini rəsmi dil elan edin"

17 İyul 2017 16:14

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistana respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə o, Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşdə çıxış edib.

Rusiya Dövlət Dumasının spikeri fikrini belə əsaslandırıb ki, rus dilnin Ermənistanda rəsmi status alması milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək, necə ki, Qırğızıstan vətəndaşları bu hüquqdan yararlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində