İspaniyalı hücumçu zədə səbəbindən karyerasını başa vurdu

17 İyul 2017 16:47

"Napoli" və "Swansea City"nin sabiq hücumçusu Miçu karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ötən mövsüm "Real Oviedo"nun formasını geyən forvard zədəsinə görə peşəkar karyerasını nöqtələyib. 31 yaşlı Miçu futbol fəaliyyətini davam etdirmək və məşqçilik kurslarına yazılmaq niyyətindədir. O, həmçinin idman direktoru olmaq üçün lazımi tədris prosesinə qoşulacaq. Ötən mövsüm Segundada 27 oyun keçirən ispan hücumçu 1 qolun müəllifi olmuşdu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində