Tallinndə sürücüsüz avtobuslar fəaliyyət göstərəcək

17 İyul 2017 21:00

Tallinndə "Easymile" sürücüsüz avtobuslar fəaliyyət göstərəcək. Şəhər sakinləri və qonaqlar nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə test rejimində işləyəcək avtobuslar nəzarət prosedurunu keçməli və Şose Yolları Departamentinin icazəsini almalıdır. Bir avtobusda 8 sərnişin yerləşə bilər. Hər avtobusda sərnişinlərə yolboyu yeni texnologiyalar haqqında məlumat verəcək bələdçi işləyəcək.

Ekspert qrupunun rəhbəri Konsa Pirkonun sözlərinə görə, bu texnologiyanın ciddi üstünlükləri var: onu əhalinin az sıx yaşayan rayonlarında uğurla istifadə etmək olar. Həmçinin sürücüsüz nəqliyyat daha təhlükəsizdir, belə ki, yollarda qəzaların 90 faizi insanların diqqətsizliyi səbəbindən baş verir.

Milli.Az