"İnter"in futbolçusu “Mançester Yunayted”lə anlaşdı

17 İyul 2017 22:24

"İnter"in hücumçusu İvan Perişiç İngiltərəyə köçməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu "Mançester Yunayted"lə anlaşıb.

"Qırmızı şeytanlar" uzun müddətdi danışıq apardığı futbolçunun klubu ilə, nəhayət ki, ortaq məxrəcə gəlib. Tərəflər arasında razılığa görə, İtaliya təmsilçisi bu transferdən 45 milyon avro gəlir əldə edəcək. Xorvatiya millisinin üzvünün bu həftə yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.

Perişiç məsələsini yoluna qoyan "mankunianlar" diqqətlərini "Çelsi"nin yarımmüdafiəçisi Nemanya Matiçə yönəldiblər. Joze Mourinyonun ixtiyarında görmək istədiyi sabiq yetirməsini "zadəganlar" satmağın əleyhinə deyillər.
 
Qeyd edək ki, "İnter" İvan Perişiçi 2015-ci ildə 16 milyon avro müqabilində "Volfsburq"dan transfer edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində