Peskov Bağdadinin öldürülməsi barədə danışdı

17 İyul 2017 15:16

Kremlin mətbuat xidmətinin katibi Dmitri Peskov jurnalistlərin İŞİD lideri Əbubəkr ƏI-Bağdadinin ölümü ilə bağlı verilən məlumatları şərh edib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bununla bağlı Putinin sözçüsü deyib: "Bizdə daha dəqiq məlumat yoxdur. İnformasiya, doğrudan da, ziddiyyətlidir, yoxlayırıq".

Rusiya Müdafiə Nazirliyi Əl-Bağdadinin öldürüldüyünü bildirsə də, sonradan Pentaqon, İraq və kürd silahlılar bu məlumatı təkzib ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində