"Televizorda futbola o qədər də baxmıram"

17 İyul 2017 21:47

"Real Madrid"in vinqeri Qaret Beyl 18 yaşlı Kilian Mbappenin transferi ilə bağlı söz-söhbətlərə münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, uelsli ulduz onun bir neçə oyununa baxdığını qeyd edib.

"Mbappenini ştirak etdiyi çox oyunu izləmişəm. Televizorda futbola o qədər də baxmıram. Amma Mbappenin güclü futbolçu olduğundan xəbərdaram. O, "Real"a gəlsə, bu, yaxşı mövsüm keçirdiyinin sübutu olacaq. Arzu edirəm ki, bura gəlsə, komandaya fayda verə bilsin".

İspaniya mediasının yazdığına görə Mbappe transfer ediləcəyi təqdirdə "Real" hücum triosundan hər hansı futbolçu ilə yollarını ayıra bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində