Elçin Əlibəylinin ikinci evliliyindən oğlu oldu - FOTO

17 İyul 2017 14:50

Aparıcı Elçin Əlibəylinin ikinci evliliyindən oğlu dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Əlibəyli iki ay əvvəl doğulan övladının fotosunu sosial şəbəkədə paylaşıb. O, şəklə "Alpər Elçin oğlu Əlibəyli- hələ iki ayı var və qayğısızdır" şərhini yazıb.

Qeyd edək ki, E.Əlibəyli rejissor Günel Şakirlə ailəli olub. Onun bu nikahdan iki övladı var. "Bakcell" reklamında "Cin bala" kimi tanınan Gülçin də onların övladıdır.

E.Əlibəylinin ikinci dəfə ailə qurduğu Dilrubə xanım da mediada çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində