"Məni burada belə görməyini istəmirəm"

17 İyul 2017 16:53

Aktrisa Tuba Büyüküstün əkiz uşaqlarının atası, aktyor Onur Saylakdan boşandıqdan sonra iş adamı Umut Evirgenlə sevgili olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, lakin Evirgen ikilinin bir yerdə fotosunu çəkən jurnalisti döydüyü üçün həbs olunub.

Bir aydır həbsdə olan iş adamı bu gün hakim qarşısına çıxacaq. Bir neçə gün əvvəl isə Tuba onu həbsxanada ziyarət etmək istəyib. Umut buna qarşı çıxaraq "Məni burada belə görməyini istəmirəm" deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində