Biləsuvarda qəza: iki yaralı var - FOTO

17 İyul 2017 12:54

Biləsuvarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindəki döngədə qeydə alınıb. 

Nəticədə iki VAZ-2107 markalı avtomobil qəza törədib. Qəza zamanı bir nəfər ağır, bir nəfər isə yüngül xəsarət alıb.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində