"Vertu" şirkəti iflas oldu

17 İyul 2017 12:16

Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib. 

Milli.Az report-a istinadən xəbər verir ki, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.
Qeyd edək ki, "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində