Dəhşətli qəza keçirtdiyi deyilən Şəbnəm Tovuzlunun SON DURUMU - FOTO - YENİLƏNİB

17 İyul 2017 12:37

12:37

Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya düşdüyü və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi deyilən müğənni Şəbnəm Tovuzludan xəbər var.

Müğənninin vəziyyəti qənaətbəxşdir.

Milli.Az bildirir ki, bunu yenicag.az-a açıqlamasında müğənninin xalası qızı Aytac deyib:

"Şəbnəm yaxşıdır, xəstəxanadadır, yəqin sabah çıxar. Qəza zamanı yüngül xəsarət alıb".

Big.az-ın xəbərinə görə müğənninin idarə etdiyi "Mercedes Viano" maşını qarşılarına çıxan VAZ 2107 avtomobili ilə toqquşub.

------------

11:14

Bu gecə Gəncədən Bakıya qayıdarkən müğənni Şəbnəm Əsədova Bakı-Qazax yolunda qəzaya uğrayıb. 

Qəflətən qarşılarına çıxan "VAZ 2107" avtomobili ilə toqquşan "Mercedes Viano" maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub. 

Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən - sürücü və prodüserin vəziyyəti orta, müğənninin isə orta ağır qiymətləndirilir.
Müğənninin şok yaşadığı deyilir.

Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı - müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bugün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi./Big.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində