Qüdslə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlandı

17 İyul 2017 10:29

Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.  
Onlar konfransda nitq söyləyəcəklər.

Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT-dəki səfiri Riyad Mənsur başçılıq edəcək.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində