Tanınmış aktyor vəfat etdi

17 İyul 2017 10:00

Amerikalı məşhur aktyor Martin Landau vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.

89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi "Missiya yerinə yetirilə bilməz", "Kosmos 1999" seriallarına görə məşhurlaşıb. 1994-cü ildə "Ed Vud" filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) "Qızıl Qlobus" qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində