Castin Biber sevgilisi ilə dincəlir - FOTO

17 İyul 2017 17:16

Kanadalı müğənni Castin Biberin sevgilisi olduğu vurğulanan model Sahara Rey Havay adalarında istirahət edir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, S.Reyin İnstagram-dakı profilində yazdıqlarına görə, Castin Biber də onunla birlikdədir.

24 yaşlı modelin İnstagram profilinin 1,3 milyon daimi təqibçisi var.

Sahara Rey onu da vurğulayıb ki, Brittni Uard, Bella Hədid və Heyli Bolduin də Havay arxipelaqındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində