Lunaparkda karusel aşdı: 1 ölü, 4 yaralı - FOTO

17 İyul 2017 09:19

Türkiyənin Kırşehir şəhərindəki lunaparkda ölüm hadisəsi baş verib.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, lunaparkdakı "alma qurdu" adı ilə tanınan karusel relsindən çıxaraq aşıb. Nəticədə 1 nəfər həyatını itirib, 4 nəfər yaralanıb.

Hadisədən sonra hadisəyə görə məsuliyyət daşıyan şəxslər saxlanılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində