Qahirədə polislə toqquşmada 1 nəfər ölüb

17 İyul 2017 07:55

Misirin paytaxtı Qahirədə polislə toqquşmada 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Misir Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, toqquşmalara səbəb Qahirədə Al-Varrak rayonunda qanunsuz tikililərin hakimiyyət tərəfindən sökülməsi cəhdləri olub.

Milli.Az