Avtomobil piyadanı vurub

17 İyul 2017 00:59

Tovuzda avtomobil piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Tovuz rayonu, Düzqırıxlı kəndi keçən hissəsində qeydə alınıb.

Hələ ki markası məlum olmayan avtomobil yolu keçmək istəyən Qazax rayonu, Çaylı kənd sakini, 1956-cı il təvəllüdlü Alim Qocayevi vurub. O, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Qocayevə dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Faktla bağlı Tovuz rayon Polsi Şöbəsində araşdırma aparılır.

Milli.Az