Bazarda dizellə işləyən maşınlara maraq artıb - VİDEO

16 İyul 2017 23:51

Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb.

Milli.Az bildirir ki, maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.

Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.

Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.

Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bazarda dizellə işləyən maşınlara maraq artıb