Qadının çantasından 9300 manat oğurlandı

16 İyul 2017 23:34

Bakıda qadına məxsus xeyli miqdarda pul oğurlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Gəncə prospekti 57 ünvanının qarşısında baş verib. Naməlum şəxs və ya şəxslər 40 yaşlı Səidə Əliyevanın çantasından 9300 manat pul oğurlayıb.

S.Əliyeva məsələ ilə bağlı polisə müraciət edib. Araşdırma aparılır.

Milli.Az