Konqoda sərnişin gəmisi qəzaya uğrayıb, 27 nəfər ölüb, 54 nəfər itkin düşüb

16 İyul 2017 21:24

Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğrayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 27 nəfər ölüb, 54 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi və yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olub.

Milli.Az