Azərbaycanda üç uşaq dənizdə batmaq təhlükəsi ilə üzləşib

16 İyul 2017 19:11

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində 3 azyaşlının dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 17:10-da başa çatıb.

Milli.Az