Hemilton qalib oldu

16 İyul 2017 18:28

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Böyük Britaniya Qran Prisinin qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qran Pridə 2-ci yeri Hemiltonun komanda yoldaşı finlandiyalı pilot Valtteri Bottas, 3-cü yeri isə "Ferrari" komandasının finlandiyalı pilotu Kimi Raykkonen tutub.

Üç qat dünya çempionu Hemilton ölkəsinin ev sahibliyi etdiyi Qran Prini 5-ci dəfə qalibi olur.

Qeyd edək ki, ümumi hesabda liderliyi "Ferrari"nin pilotu Sebastyan Fettel (177 xal) qoruyub saxlayır. 2-ci yerdə 1 xal geri qalaraq Lyuis Hemilton (176 xal), 3-cü-yerdə isə Valtteri Bottas (154 xal) qərarlaşıblar.

Formula 1-in növbəti mərhələsi Macarıstanda 28-30 iyul keçiriləcək.

Milli.Az