Bakıda 22 yaşlı qız üçüncü dəfə həbs olundu

16 İyul 2017 17:53

Bakıda gözəllik salonunda oğurluq etmiş qadın tutulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, Aliyə Mirzəyevaya məxsus çantadan 450 manat, 100 dollar və maaş kartını, həmçinin Axundovanın şəxsiyyət vəsiqəsi ilə 50 manatını oğurlamış Tovuz sakini, 1995-ci il təvəllüdlü Novruzova Gülnarə Ömər qızı tutulub.

Bildirilir ki, 22 yaşlı Gülnarə bu il artıq 3-cü dəfədir ki polis tərəfindən saxlanılır. O, əvvəllər cibgirlik və oğurluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.
 
Araşdırmalar davam etdirilir.

Milli.Az