"Bursaspor" millimizin üzvünü bağışladı

16 İyul 2017 17:00

Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz "Bursaspor"da çıxışı davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi bir müddət öncə "Göztepe" ilə prinsip anlaşması əldə edən hücumçunun komandada qalmasına qərar verib.  Ötən mövsümün sonlarına yaxın FİFA-ya şikayət etdiyi üçün komandadan uzaqlaşdırılan futbolçu bağışlanılıb. Onun adı daha əvvəl Avstriya toplanışına aparılacaq futbolçular arasında yer almasa da, sonradan baş məşqçi Pol Le Quen qərarını dəyişib. Məsələ ilə bağlı klubun sabah Avstriyada baş tutacaq ilk məşqindən öncə baş məşqçi və futbolçunun mətbuat konfransı baş tutacaq. "Bursaspor"a ötən ilin fevralında "Trabzonspor"dan keçən Deniz Yılmazın cari müqaviləsi 2019-cu ilin yayında başa çatacaq.

Milli.Az