"Roma" türk futbolçunun transferini rəsmiləşdirib

16 İyul 2017 16:22

"Roma" türkiyəli Cengiz Ünderin transferini rəsmiləşdirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 2022-ci il 30 iyuna kimi nəzərdə tutulmuş müqaviləni imzalayıb. O, yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək. Cengizin transferi "İstanbul Başakşehir"ə 13.4 milyon avro qazandırıb. Daha 1.5 milyon avro bonus formasında ödənilə bilər. Gənc futbolçu ötən mövsüm Türkiyə çempionatında 32 oyuna 7 qol vurmuşdu.

Milli.Az