55 yaşlı qadın sürücü uşağı vurub öldürdü

16 İyul 2017 16:09

Qusar-Xudat yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, yolun Qusarın Ləgənqışlaq kəndi ərazisindən keçən hissəsində 9 yaşlı Məryəm Zərbəliyevanı maşın vuraraq öldürüb.

Hadisəni 1962-ci il təvəllüdlü Nərmin Məmmədova idarə etdiyi avtomobillə törədib. Məryəm hadisə yerində ölüb.

Faktla bağlı Qusarın hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Milli.Az