"Onlara arxayınam"

16 İyul 2017 14:46

"İnter"in baş məşqçisi Luçano Spaletti klubun transfer siyasəti barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəsis bunları deyib:

"Rəhbərlik heyətin möhkəmləndirilməsi ilə bağlı söz verib. Onlara arxayınam. Bu məsələ ətrafında söhbətimiz olmuşdu. Kimsə söz veribsə, onu yerinə yetirməlidir. Yeni transferlərin olacağına əminəm. Heyətə cəlb ediləcək 2, 3 və 4 futbolçu məşhur çempion olmasa da olar. Onlar sadəcə boş yerləri dolduracaq. Bizim komandamız öz potensialını hələ göstərməyib. Yeni futbolçular "İnter"i "ilk dördlüy"ə düşməkdə dünya ulduzlarına möhtac etməyə bilər".

Milli.Az