"Şirin" və "Qılman" yeni filmə çəkilir - FOTO

16 İyul 2017 13:59

"Bozbash pictures"in Qılmanı - İlkin Misgərli və Şirini - Nicat Rəhimov yeni filmə çəkilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işi "Toydan sonra nağara" adlanır.

Filmin baş prodüseri Ramiz Hüseynzadə, quruluşcu rejissoru isə Əziz Şahbazovdur. "Toydan sonra nağara"nın ssenarisini Elsəvər Mehdizadə, Tural Baxış və R.Hüseynzadə yazıb.

Komediya janrında olan ekran işinin çəkilişləri bu gün başlayıb.

Milli.Az