Ankarada hərbi çevriliş cəhdinin qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub - FOTO

16 İyul 2017 12:09

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, parlament spikeri İsmayıl Kahraman, Baş Qərargah rəisi və ölkə parlamentrailərinin iştirakı ilə hərbi çevriliş cəhdinin qurbanlarının xatirəsinə ucaldılan abidənin açılışı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyənin bütün böyük şəhərlərində hərbi çevriliş cəhdi zamanı həlak olanların xatirəsinə aksiyalar keçirilib.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdi olub. Nəticədə 246 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. 20 iyulda prezident Rəcəb Tayyib Ərdoğan ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edib. Fövqəladə vəziyyət rejimi bundan sonra bir neçə defə uzadılıb. Sonuncu dəfə Fövqəladə vəziyyət rejimi bu ilin aprel ayında daha 90 gün müddətinə uzadılıb.

Milli.Az