Şimali Koreya ABŞ-la nüvə proqramına dair danışıqlar aparmaqdan imtina edib

16 İyul 2017 11:44

Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə və raket proqramına dair ABŞ-la danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bəyanatda bildirilir ki, ABŞ KXDR-ə qarşı "düşmənçilik siyasəti"ni dayandırmayınca danışıqlar mümkün deyil.

"Vaşinqton anlamalıdır ki, KDXR-ə qarşı düşmənçilik siyasətini dayandırmayana qədər Şimali Koreyanın nüvə və raket proqramı heç vaxt danışıqlar predmeti, eyni zamanda KXDR-in nüvəsizləşdirilməsinə dair dialoq heç vaxt mümkün ola bilməz", - deyə bəyanatda deyilir.

Milli.Az