Quşadasında əməliyyat - Azərbaycanlı və erməni qadınlar tutuldu

16 İyul 2017 11:39

Aydın şəhərinin Quşadası qəsəbəsində qadın alverçilərinə qarşı 2 bar, 2 ev və 2 avtomobilə qarşı əməliyyat keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində qadınları fahişəliyə məcbur edən 5 nəfər saxlanılıb.

Bundan başqa, 2 Azərbaycan vətəndaşı, 3 erməni, 2 özbək, 3 qazaxıstanlı, 2 ukraynalı və 4 qırğız olmaqla ümumilikdə 16 qadın da saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az