Türkiyədə turist avtobusu qəza törədib: 38 yaralı - YENİLƏNİB

16 İyul 2017 13:52

13:52

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib.

Trend-in "Apsny.ge"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.

----------

11:07

Türkiyənin Girəsun əyalətində Gürcüstandan olan tələbələri daşıyan turist avtobusu qəza törədib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 23 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib. Araşdırma aparılır.

Milli.Az