Dana kişiyə xəsarət yetirib

16 İyul 2017 10:18

Daşkəsən sakininə dana xəsarət yetirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Cəfərov Eldos Knyaz oğlu sol qulaq nahiyəsinin kəsilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirlib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, E.Cəfərov həyətində iribuynuzlu heyvanı bağlayarkən, dana ona buynuzu ilə xəsarət yetirib.

Milli.Az