3 otaqlı ev yanıb

16 İyul 2017 09:55

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az