Çilidə 250 min nəfər işıqsız qalıb

16 İyul 2017 09:21

Çilinin paytaxtı Santyaqoya yağan güclü qar nəticəsində təxminən 250 min nəfər işıqsız qalıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda BBC telekanalı xəbər verir.

Məlumata görə, bir nəfər buzun təmizlənməsi zamanı həlak olub. Daha iki nəfər elektrik xəttinin zədələnməsi nəticəsində xəsarət alıb.

Milli.Az