"Sözlərimin ciddi əhəmiyyəti yoxdur"

16 İyul 2017 04:05

"Liverpul"un baş məşqçisi Yurqen Klopp klubun transfer bazarında fəaliyyəti haqqında danışmaqdan imtina edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı mütəxəsis bunları deyib:

"Transferlər barədə mediaya açıqlamaların bir xeyri olsaydı, hər şeyi danışardım. Amma reallıq başqadır. Sözlərimin ciddi əhəmiyyəti yoxdur. Buna görə heç nə deməyəcəm. Lukasın "Lazio"ya gedişi? Tam əmin deyiləm. Lukas "Liverpul"da fantastik karyeraya malikdir. Ona hörmət naminə şaiyələrə deyil, faktlara söykənməliyik. Hər şey ola bilər".

"Mersisaydlılar" artıq Məhəmməd Salahın transferini həll edib. "Liverpul" hazırda "RB Leipzig"in gənc yarımmüdafiəçisi Nəbi Keyta ilə ciddi maraqlanır.

Milli.Az