Tramp Vaşinqtonda Ağ evin xüsusi hüquq məsləhətçisini təyin edib

16 İyul 2017 00:44

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda tanınmış hüquqşünas Tay Kobbu Ağ evin xüsusi hüquq məsləhətçisi təyin edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Ağ Ev xəbər verir.

Məlumatda Tay Kobbun xüsusi hüquq məsləhətçisiylə işləyəcəyi deyilir, lakin onun konkret nə ilə məşğul olacağı sənəddə göstərilmir.

Milli.Az