DiKaprio və Skorseze yenidən bir arada

16 İyul 2017 10:14

Dünya şöhrətli rejissor Martin Skorseze yeni film çəkir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, kriminal triller olan film Federal Təhlükəsizlik Bürosunun (FBI) silsilə qətlləri araşdırması barədə olacaq.

74 yaşlı rejissor baş rol üçün yenə də Leonardo DiKaprionu dəvət edib. Onlar daha əvvəl "The Departed" və "The Wolf of Wall Street" kimi filmlərdə birgə çalışıblar.

Filmin növbəti il təqdim ediləcəyi gözlənilir.

Milli.Az