Tovuzda ana və körpəsi zəhərlənib

15 İyul 2017 23:56

Tovuzda zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhər sakini 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun  2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsini əmizdirdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində