"15 iyul gecəsi Türkiyənin gələcəyini qazandıq" - Ərdoğan - FOTO

15 İyul 2017 23:43

Bu gün Türkiyədə hərbi çevrilişə cəhd hadisələrinin 1 ili tamam olur.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,FETÖ terrorçularına çevriliş izni verməyən xalq bu gün həmin zəfərin 1 ilini bayram kimi qeyd edir.

Hazırda İstanbulun 4 tərəfindən minlərlə insan hadisələrin başladığı yer olan 15 iyul Şəhidlər Körpüsünə doğru hərəkət edir.

"Milli Birlik" yürüşü adı altında hərəəkət edən böyük kütlənin Bakı vaxtı ilə 21:00-da körpüyə çatması gözlənilir. Baş nazir Binəli Yıldırım da yürüşdə iştirak edəcək.

22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək. Daha sonra qanlı gecədə şəhid olan 249 nəfərin xatirəsinə ucaldılan abidənin açılışı olacaq.

Sadəcə İstanbulda deyil, Türkiyənin 81 vilayətində də anım tədbirləri keçiriləcək. Xalq gecəni meydanlarda demokratiya növbəsində keçirəcək.

***

Baş nazir Binəli Yıldırımla birlikdə minlərlə insan tədbirin keçiriləcəyi körpüyə çatıblar.

***

Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan, qızı Esra Ərdoğan və kürəkəni, həmçinin, təbii sərvətlər naziri Berat Albayraqla birlikdə anım tədbirinin keçirildiyi məkana gəlib.

Prezidentin gəlişindən sonra 15 iyul hadisələrində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra İstiqlal marşı oxunub və Quran tilavət edilib.

Bir neçə dəqiqə sonra Binəli Yııldırım və Ərdoğanın çıxışı gözlənilir.

***

Binəli Yıldırım çıxışına şəhid yaxınlarına və Türkiyə xalqına başsağlığı verərək başlayıb.

O, üzünütünün böyük olduğunu, lakin, heç vaxt zalımlara boyun əyməyəcəklərini söyləyib. Baş nazir 15 iyul gecəsini millət olaraq unutmyacaqlarını və gələcək nəsillərə də unutdurmayacaqlarını bildirib:

"Şəhidlərin gözü bizim üzərimizdədir. Onlara bizə miras qoyduğu dəyərləri son nəfəsimizə qədər qoruyacağıq. Bu Vətən namusumuzdur, şərəfimizdir. Əcdadlarımız bu Vətəni heç kimə tapdatmayıb, biz də buna izn verməyəcəyik".

***

Prezident Rəcəb Tayyib Ərdoğan xalqı salamlayaraq 15 iyulda baş verən xəyanətdən danışıb, hadisə gecəsi xalqın qəhrəmanlığı sayəsində çevrilişin qarşısının alındığını söyləyib.

O, əli silahsız minlərlə insanın terrorçuların qarşısına çıxan, qorxmadan tankların qarşısına yürüyən, yağan güllələrə baxmayaraq qaçmayan milləti heç kimin məğlub edə bilməyəcəyini deyib:

"Azadlığına, Vətəninə, millətinə, azanına sahib çıxan hər kəsə təşəkkür edirəm. O gecə Türkiyənin gələcəyini qazandıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində