Füzulidə “Qrad” raketinin qalıqları aşkarlandı - FOTO

15 İyul 2017 23:29

Füzuli rayonunda hərbi sursat aşkarlanıb.

Milli.Az Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən bildirir ki, rayonun Böyük Bəhmənli kəndi - Füzuli rayon Tibb Mərkəzinin qarşısından keçən Horadiz-Bakı avtomobil yolunun tikinti işləri gedən hissəsinə baxış keçirilib, 1 ədəd partlamış  "Qrad"  raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində