"YARAT"ın ARTIM layihə məkanında "Xəyali əcnəbilər" sərgisi - FOTO

15 İyul 2017 22:23

İyulun 20-də "YARAT" Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında gənc rəssamlar Şahnaz Ağayeva, Hatəm Əlizadə, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova və Aydan Mirzəyevanın əsərlərindən ibarət "Xəyali əcnəbilər" (Imaginary Strangers) adlı qrup sərgisi açılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə nümayiş etdiriləcək əsərlərin mövzusu həyatı "imitasiya etmək" əvəzinə, ona bilavasitə "müdaxilə etməyə" çalışır. Sərgi "mən" və "digərləri" arasında boşluğu minimuma endirməklə, diqqəti daha çox sosial, mədəni və digər ayrı-seçkilikləri istisna edən münasibətlərin qurulmasına yönəldir. Bu layihə, təsadüfi görüşlər və dialoqlar vasitəsilə qarşılıqlı anlaşma, səmimi münasibətlər və bir-birini qiymətləndirmə prosesinə başlamaqla, "xəyali", nəzərdə tutulan, lakin heç vaxt təqdim olunmayan bir şəxs qismində yad insana, başqa sözlə desək, "əcnəbiyə" üstün gəlməyə, onu dəf etməyə çalışır. "Xəyali əcnəbilər" təkcə "xarici əcnəbi" konsepsiyasını deyil, həm də "daxili əcnəbi" kimi abstrakt ideyanı dəstəkləyə bilər.

Avqustun 21-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində