"Trampın iti olmağa hazıram" - Səs-küylü bəyanat

15 İyul 2017 21:27

ABŞ prezidenti Donald Trampın köməkçisinin müavini Sebestyan Qorka maraqlı bəyanatla çıxış edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, Fox Nyus telekanalına açıqlamasında prezidentin "puitbulu" olmağa hazır olduğunu deyib: "Mən prezidentin "pitbulu" olub onun Rusiya ilə əlaqələri olduğuna dair kampaniya aparan KİV-lərə cavab verməyə hazıram".

"Siz nədən KİV-ə cavab vermək qərarına gəldiniz" sualına isə Sebestyan Qorka belə cavab verib: "Gec və ya tez kimsə onlara cavab verməlidir. Mən onlara cavab verməyə hazırlaşıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində