Azərbaycanda oynamış futbolçu Meksikada

15 İyul 2017 21:23

"Qəbələ"nin sabiq futbolçusu Fakundo Pereyra karyerasını harda davam etdirəcəyi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Meksikada oynayacaq.
 
O, yüksək liqada çıxış edən "Nekaksa" klubu ilə anlaşıb.
 
Qeyd edək ki, 30 yaşlı futbolçu 2015/16 mövsümündə "Qəbələ"yə PAOK-dan gəlib və əyalət təmsilçisində yarım mövsüm icarə əsasında çıxış edib. O, son olaraq Argentinanın "Kolon"u klubunda oynayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində