Moskvada azərbaycanlıları ac-susuz saxlayanlar kimlərdir? - VİDEO

15 İyul 2017 20:57

Rusiyaya gedib işləyəcəklərini və çoxlu pul qazanaraq evlərinə qayıdacaqlarını zənn edirdilər. Lakin heç də hər şey onların xəyal etdikləri kimi olmadı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, böyük ümidlərlə gəldikləri Rusiyada su alıb içməyə belə pul tapa bilmədilər. Əksinə, əllərindəki pulları belə itirdilər və günlərcə kimsəsiz insanlar kimi küçələrdə və ya polis məntəqəsində qaldılar.
"İş var" deyə Çoşqun adlı şəxslə əvvəlcə Volqaqrada, ordan isə Dağıstan vətəndaşı olan tikinti şirkətinin rəhbəri Ubeydullah Malayevin təklifi ilə İstraya gətirilmiş, daha sonra isə işsiz, pulsuz, hətta ac-susuz qalmışdılar.
Biz də xəbərin izi ilə soydaşlarımızı ac-susuz saxlayan şirkətə getdik. Şirkət nümayəndəsi həmin azərbaycanlıların işi bacarmadıqlarını iddia etdi.
Onların bir gün ac saxladıqlarını da etiraf edən şirkət rəsmisi bunun səbəbini də izah etdi.
Müsahibə verən azərbaycanlılar onların ac-susuz saxlandığını demişdilər.
Hazırda həmin şirkətdə çalışan azərbaycanlılarla da rastlaşdıq. Bir fəhlə 3 gündür ki işlədiyini, ancaq hələ pul almadığını bildirdi.
Bütün bunlar xaricə iş dalınca gedənləri daha diqqətli olmağa, etibar etmədikləri insanların sözlərinə inanmamağa məcbur edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
"Xəzər Xəbər" Moskvada soydaşlarımızı ac saxlayanların izinə düşdü - ŞOK TƏFƏRRÜAT