Benqazinin hava limanı yenidən açılıb

15 İyul 2017 20:26

Liviyada Benqazi şəhərinin "Benina" beynəlxalq hava limanı yenidən kommersiya uçuşları üçün açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Reyter agentliyi xəbər verib.

Qeyd edək ki, Benqazi hava limanı Liviyada baş verən silahlı toqquşmalar səbəbindən 3 il bağlı idi.

İŞİD tərəfindən ələ keçirilən Liviyanın ikinci ən mühüm şəhəri olan Benqazi bu ayın əvəlində Liviya ordusu tərəfindən azad edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində