Tuba Büyüküstün Hollivuda gedə bilər

15 İyul 2017 17:48

Aktrisa Tuba Büyüküstün Hollivuda gedə bilər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Disney" məşhur cizgi filmi "Ələddinin sehrli çırağı"nı bu dəfə film kimi çəkəcək.

Ekran işinin rejissoru Qay Riçi olacaq. Lakin filmdə şahzadə Yasəməni canlandırmaq üçün aktrisa axtarışı nəticə verməyib. Bundan xəbər tutan Tvitter istifadəçiləri öz versiyalarını yazıblar. "Huffington Post" qəzeti də bu versiyalar əsasında siyahı çap edib. Siyahıda Tubanın da adı real namizədlər arasındadır.

Milli.Az