Bərdədə 6 otaqlı ev yandı

15 İyul 2017 17:00

Bərdə şəhərində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az