Maştağada iki qardaşı bıçaqlayan şəxs tutuldu

15 İyul 2017 13:32

Maştağada iki qardaşı bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İyul ayının 13-də Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə 1991-ci il təvəllüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov və M.Əhmədov bıçaqlanıb. Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində